EN

Tramp prezidentliyinin ilk üç həftəsi: amerikalılar razıdır?

ABŞ-da prezident Donald Trampla bağlı sorğu keçirilib. Sorğuda iştirak edən amerikalıların əksəriyyəti Trampın öz vəzifəsində yaxşı iş gördüyünə inanır.

Publika.az xəbər verir ki, sorğunu CBS telekanalı ilə YouGov keçirib.

Respondentlərin 53%-i Donald Trampın “prezident kimi işini idarə etmə tərzini” dəstəklədiyini bildirib. Sorğu iştirakçılarının 47%-i Trampın dövlət başçısı kimi hərəkətlərinin yanlış olduğunu düşünür.

Sorğuda iştirak edən amerikalıların 58%-i Trampı “effektiv” adlandırıb, 24%-i isə əksini bildirib. Respondentlərin 55%-i prezidenti “səriştəli” hesab edib, 45%-i isə əks fikirdədir.

Donald Tramp vəzifədə olduğu ilk üç həftədə imzalanan və ləğv edilən sərəncamların sayına görə rekord qırıb. Tramp artıq 54 icra sərəncamı imzalayıb ki, bu da ABŞ tarixindəki Ağ Ev rəhbərlərinin 100 gündə imzaladığı sərəncamdan çoxdur.

Chosen
6
1
publika.az

3Sources