EN

Almaniya miqrasiya sahəsində sərt addımlar atacaq

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Almaniya Kansleri Olaf Şolts Bundestaqa (Almaniya parlamenti) seçkidən sonra miqrasiya siyasətində sərt xətt aparmağa davam edəcəyini bildirib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, O.Şoltsun sözlərinə görə, Almaniya Aşaffenburq şəhərində baş vermiş zorakılıq aktına bənzər insidentlər ilə barışmamalıdır:
"Aydın və qəti addımlar atılmalıdır. Mən qanunsuz miqrasiyaya münasibətdə məhdudlaşdırıcı siyasətin tərəfdarıyam. Bu çətin kursu davam etdirəcəyəm".
Xatırladaq ki, Aşaffenburq şəhərində baş vermiş hadisədə Əfqanıstandan olan kişi parkda yoldan keçənlərə bıçaqla hücum etmişdi.
Qeyd edək ki, Bundestaqa seçki fevralın 23-də keçiriləcək.
Chosen
8
1
oxu.az

2Sources