“Barselona” son 82 ilin klub rekordunu qırıb.
Msport.az xəbər verir ki, Kataloniya klubu 2025-ci ildə bütün turnirlərdə keçirdiyi 11 oyunda ümumilikdə 41 qol vurub.
Bununla La Liqa təmsilçisi son 82 ilin klub rekorduna imza atıb. Komanda sonuncu dəfə 1943-cü ildə bu göstəriciyə nail olub.
Qeyd edək ki, “Barselona” hazırda La Liqada 48 xalla 3-cü pillədə qərarlaşır.