EN

Ülvü Qənizadə: “Dişimi dişimə sıxıb buna dözməliyəm”

“Zədəmlə bağlı ağrılarım var”.

Bunu İdman.biz-ə Azərbaycan millisinin yunan-Roma güləşçisi Ülvü Qənizadə deyib.

72 kq çəkidə qüvvəsini sınayan pəhləvan Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən reytinq xarakterli turnirdə çıxışını yarımçıq başa vurmasının səbəbini açıqlayıb. Qənizadə bildirib ki, ilk mərhələdən sonra zədəyə görə yarışla vidalaşıb: “Birinci görüş həmişə çətin keçir. Ancaq çıxışımı normal dəyərləndirirəm. Fikrimcə, zədə amili olmasaydı, qələbənin davamı gələcəkdi”.

O, hazırda zədə ilə bağlı problemlər yaşadığını vurğulayıb: “Əsasən də məşq prosesi zamanı bu ağrılar çoxalır, ancaq nə olursa olsun, dözməliyəm. Çünki Avropa çempionatına cəmi iki ay qalıb. Həmin vaxta kimi dişimi dişimə sıxıb buna dözməliyəm. Çempionatdan sonra millinin həkimlə məsləhətləşib bir çarə tapmağa çalışacam”.

Qeyd edək ki, Qənizadə Zaqrebdə keçirilən reytinq turnirinin ilk mərhələsində çexiyalı Denis Mertli üstələsə (4:3) də, zədəyə görə yarışdan çəkilib.

Aytac Sahəd
İdman.biz

Chosen
5
idman.biz

1Sources