EN

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətində müşavirə keçirilib: müvafiq tapşırıqlar verilib (FOTO)

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətində2024-cü ilin yekunları və 2025-ci ildə qarşıda duran vəzifələrinicrasına həsr olunmuş xidməti müşavirə keçirilib.

Trend xəbərverir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, müşavirədə Nazirliyin Baş yanğın təhlükəsizliyieksperti daxili xidmət general-mayoru Yusif Nəbiyev, Daxilitəhlükəsizlik Baş idarəsinin rəisi polkovnik Seymur Qaraşov, DövlətYanğın Nəzarəti Xidmətinin rəisi daxili xidmət polkovniki Vaqifİbrahimov, Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi daxili xidmətgeneral-mayoru Asif Məmmədli, ərazi və regional yanğın nəzarətiidarələrinin məsul şəxsləri iştirak ediblər.

Müşavirəni giriş sözü ilə açan Dövlət Yanğın Nəzarəti Xidmətininrəisi daxili xidmət polkovniki Vaqif İbrahimov Xidmətin 2024-cü ilərzində fəaliyyəti barədə geniş məlumat verərək, ölkədə yanğıntəhlükəsizliyinin etibarlı təmin edilməsi, o cümlədən vətəndaşlarınhəyat və sağlamlığının, ölkənin milli sərvətlərinin yanğındanqorunması istiqamətində müхtəlif təyinatlı оbyеktlərdə və yaşayışsahələrində qabaqlayıcı profilaktik tədbirlərin həyatakeçirilməsinə nail olunduğunu qeyd edib, 2025-ci ildə də Xidmətinqarşısında duran vəzifələrin uğurla yerinə yetirilməsi üçün şəxsiheyətin səylə fəaliyyət göstərəcəyinə əminliyini bildirib.

Sonra Nazirliyin Baş yanğın təhlükəsizliyi eksperti daxilixidmət general-mayoru Yusif Nəbiyev çıxış edərək ötən il əvvəlkiillə müqayisədə yanğınların sayında azalmanın qeydə alındığınıvurğulayaraq, bu müsbət dinamikanın əsasında, ilk növbədə nəzarətqurumunun yanğınların profilaktikası baxımından səmərəli fəaliyyətivə əhali arasında aparılan geniş maarifləndirmə işlərinindayandığını qeyd edib, cari ildə Xidmətin qarşısında duranvəzifələrdən danışıb.

Daha sonra çıxış edənlər ötən il ərzində Xidmətin fəaliyyətininayrı-ayrı istiqamətləri üzrə məruzə edərək görülmüş işlər barədəgeniş məlumat verib, həmçinin cari ildə aidiyyəti üzrə atılacaqaddımlardan danışıblar.

Müşavirədə mövzu üzrə geniş müzakirələr aparılıb, müvafiqtapşırıqlar verilib.

FHN-in
FHN-in
FHN-in
FHN-in
FHN-in
FHN-in
Məqalədə:
Chosen
14
13
az.trend.az

10Sources