1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Bir müddət əvvəl Baş Prokurorluq tərəfindən saxlanılan, barəsində həbs qərarı çıxarılmış, tanınmış hərbi ekspert Ədalət Verdiyevin cinayət işi məhkəməyə göndərilib.
Oxu.Az xəbər verir ki, Gununsesi.info-nun özəl mənbələrdən əldə etdiyi məlumata görə, hərbi ekspertə qarşı irəli sürülmüş 308-ci maddə (Vəzifə səlahiyyətlərindən sui-istifadə) ilə elan olunan ittiham xitam olunub.
Onun işi yalnız 284.1-ci maddə ilə (dövlət sirrini yayma) məhkəməyə göndərilib.
Bu barədə məlumatı ekspertin vəkili Bəhruz Bayramov təsdiqləyib.