EN

Çin Starlink rəqibi Malayziya ilə müqavilə imzalayır

Amerikanın SpaceX Starlink sisteminə potensial rəqiblər olan Qianfan peyklərini idarə edən Çin operatoru Spacesail Malayziyanın Measat şirkəti ilə peyk internet xidmətləri göstərmək üçün müqavilə imzalayıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “SpaceNews” nəşri məlumat yayıb.

Nəşr qeyd edir ki, saziş Malayziyanın kosmik və rabitə sektorunu genişləndirə, Çin-Malayziya əlaqələrini gücləndirə və qlobal peyk rabitəsi bazarında Spacesail-in mövqeyini gücləndirə bilər.

İctimai məlumatlara görə, Measat, xüsusən ucqar ərazilərdə rəqəmsal rabitə xidmətləri göstərmək üçün peyk şəbəkələrinin inteqrasiyası üzrə ixtisaslaşmışdır.

Nəşr xatırladır ki, Spacesail bundan əvvəl Braziliya ilə 2026-cı ildə rabitə xidmətlərinin göstərilməsini nəzərdə tutan müqavilə və Qazaxıstanla imzalayıb. Çin operatoru bu günə qədər 72 kosmik gəmini kosmosa göndərib. Onun planlarına orbital qrupunu 14 min peykə çatdırmaq daxildir.

Yanvar ayında Sinxua xəbər vermişdi ki, Çin 18 Qianfan peykindən ibarət bürcləri uğurla orbitə çıxarıb.

Chosen
14
nocomment.az

1Sources