EN

"Adana Demirspor"un prezidenti istefa verib



Ötən gün "Qalatasaray"la oyunun 34-cü dəqiqəsində qəfil qərarla meydanı tərk edən "Adana Demirspor" komandasının prezidenti Bedirhan Durak istefa verib.

Reyting.az
Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə onun pözü açıqlama yayıb.

Bedirhan Durak bildirib ki, artıq baş verən "oyunlar"dan yorulub: "Hörmətli "Adana Dəmirspor" azarkeşləri, oktyabr ayından bəri öhdəmə götürdüyüm sədrliyi layiqincə yerinə yetirmək üçün pulumdan, vaxtımdan və sağlamlığımdan daha çoxunu fəda edərək gecə-gündüz çalışdım. Mən həmişə klubumun xeyrinə olan dəstəyi vermişəm, eyni zamanda, sosial mediada dağıdıcı və bezdirici mesajları görməməzliyə vurmuşam. Artıq elə bir həddə çatdığımızı gördüm ki, girdiyimiz burulğandan çıxmaq mümkün deyil...".

Azər
Reyting.az
Chosen
10
reyting.az

1Sources