EN

“Turan Tovuz” “Sabah”la matçın hakimliyindən narazıdır - Video

“Turan Tovuz” futbol üzrə Azərbaycan Premyer Liqasının 22-ci turu çərçivəsində qarşılaşdığı “Sabah”la matçdakı hakim qərarlarına etiraz edb.

Arena.az xəbər verir ki, bu barədə Tovuz klubunun sosial şəbəkə hesablarında paylaşım edilib.

Əyalət təmsilçisi bu matçdan futbolçularına qarşı qayda pozuntulaının olduğu anların videosunu yayımlayıb. Klub videonu bu açıqlama ilə şərh edib:

“Mövsüm ərzində artıq neçənci dəfədir hakim səhvləri ilə xal və ya xallardan məhrum oluruq. Son oyundan olan epizodları sizin ixtiyarınıza buraxırıq.

AFFA Hakimlər Komitəsinin sədri cənab Frank De Blekerin “Sabah” – “Turan Tovuz” oyununda hakimliklə bağlı fikirlərini səbrsizliklə gözləyirik. Hər zaman qeyd etdiyimiz kimi, təmiz futbol, ədalətli qərarlar tələb edirik!”

Xatırladaq ki, sözügedən oyunun baş hakimi İnqilab Məmmədov olub. Ona yan xətt hakimləri Namiq Hüseynovla Rahil Ramazanov kömək ediblərsə, dördüncü hakim funksiyasını Elvin Bayramov yerinə yetirib. VAR hakimi Cavid Cəlilov, AVAR hakimi isə Eyyub İbrahimov olub.

Onu da qeyd edək ki, “Turan Tovuz”un baş məşqçisi Kurban Berdiyev ötən gün 1:2 hesablı məğlubiyyətə üzüldükləri matçdan sonra baş tutan mətbuat konfransında hakimlərdən narazı qaldığını açıqlamışdı.

Tovuz təmsilçisi Azərbaycan Premyer Liqasının 2024/2025-ci illər mövsümünün yarış cədvəlində 36 xalla 4-cü pillədə qərarlaşıb. “Sabah” isə 31 xalla 5-cidir.

Chosen
52
3
arena.az

4Sources