EN

“Zəngəzurun bir hissəsi Azərbaycana veriləcək” - Ermənistanın sabiq XİN rəhbəri

“Sərhədlərin demarkasiyası adı altında ən azı anklavlar şəklində əlavə ərazilərimizi itirəcəyik və Ermənistanın sərhədləri dəyişəcək”.

Missiya.Az “Hraparak” nəşrinə istinadən xəbər verir ki, bunu Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan deyib. 

Onun sözlərinə görə, Türkiyə tərəfinin tələbi ilə Ermənistanın konstitusiyasına dəyişiklik ediləcək. 

“Biz Qarabağdan birdəfəlik imtina etmişik. Qarşıdakı zaman ərzində Minsk Qrupu buraxılacaq, Avropa İttifaqının (Aİ) müşahidə missiyası ölkəmizi tərk edəcək və 300 min azərbaycanlı Ermənistana gələcək, ən təhlükəlisi isə Zəngəzurun bir hissəsi Azərbaycana veriləcək”, - deyə siyasətçi vurğulayıb.

 

 

Daşqın HəsənovMissiya.Az

Chosen
10
missiya.az

1Sources