EN

İsrail Livanın cənubunda atəşkəsi pozur

Bakı, TurkicWorld

İsrail ordusu Livanın cənubundakı Kefr Killa qəsəbəsində evləri yandıraraq və yaşayış yerlərinə hücum edərək atəşkəsi pozub.

TurkicWorld AzerVoice -ə istinadən xəbər verir ki, Livanın rəsmi xəbər agentliyi NNA xəbər verir ki, İsrail qüvvələri Nəbatiya əyalətinin Mərcayun rayonunda yerləşən Kefr Killa bölgəsində yaşayış evlərinə və mülklərə hücumlar təşkil edib.

İsrail ordusu bölgədə evləri yandıraraq sakinlərin geri qayıtmasını çətinləşdirir və atəşkəsin tələblərini yerinə yetirmir.

Xatırladaq ki, 27 noyabr 2024-cü ildə Livan və İsrail arasında atəşkəs əldə edilib. Müqaviləyə əsasən, İsrail ordusu 60 gün ərzində Livanın cənubundakı mövqelərindən geri çəkilməli idi. Lakin İsrail Livan ordusunun bölgədə tam yerləşmədiyini iddia edərək işğal müddətini 18 fevral 2025-ci ilə qədər uzadıb.

Chosen
6
turkic.world

1Sources