EN

Hindistanın silah idxalında Rusiyanın payı 30%-i ötüb

Hindistanın silah idxalında Rusiyanın payı 2015-2025-ci illər ərzində 30%-i ötüb.

Herbiand.az TASS-a istinadən bildirir ki, bu barədə “Rosoboroneksport”un baş direktoru Aleksandr Mixeev Banqalorda keçirilən “Aero India 2025” beynəlxalq sərgisində bildirib.

“Hindistan uzun illər ardıcıl olaraq həm sifariş portfelində, həm də “Rosoboroneksport” vasitəsilə Rusiya hərbi məhsullarının tədarükündə mühüm yer tutur. 2015-2025-ci illər ərzində Hindistanın silah idxalında Rusiyanın payı 30%-i ötüb”, - Mixeev deyib.

Fevralın 10-dan 14-dək keçirilən 15-ci Beynəlxalq Aerokosmik “Aero India 2025” sərgisində Rusiya 500-dən çox hərbi təyinatlı məhsul nümunəsini təqdim edir. Hindistanda ilk dəfə olaraq Rusiyanın ən yeni beşinci nəsil qırıcısı Su-57E, eləcə də Lancet-E gəzinti sursatları nümayiş etdiriləcək.

Təşkilatçıların sözlərinə görə, Hindistanda keçirilən bu ilki sərgidə 150 ​​xarici şirkət iştirak edir.

Bəxtiyar CƏFƏRLİ

Chosen
13
herbiand.az

1Sources