EN

Əməkdar jurnalistdən VACİB TƏKLİF

Nadir Azəri: Paketlərdəki Rusiya telekanalları türk dövlətlərinin telekanalları ilə əvəzlənsin

“Son günlər Rusiya ilə bağlı məsələ diqqəti bir sahəyə də yönəltməyi vacib edir. Söhbət Rusiyaya məxsus telekanallardan gedir”. 

Bunu “İki sahil”ə açıqlamasında “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin (CASCFEN) sədri, Mətbuat Şurası Nəzarət-Təftiş Komissiyasının katibi, Əməkdar jurnalist Nadir Azəri deyib.

Onun sözlərinə görə, söhbət rəqəmsal efir yayımı xidmətləri, xalq dilində desək, xarici və yerli kanalların nümayişi üçün paketlər təqdim edən bəzi televiziya operatoru və şirkətlərindən gedir: “Məsələ burasındadır ki, bu paketlərin böyük əksəriyyətində rus dili hakim kəsilib, yəni Rusiya telekanlları mütləq üstünlük təşkil edir”.

Əməkdar jurnalist Rusiya telekanallarının başqa kanallarla dəyişilməsi ilə bağlı təklif də səsləndirib: “Cənab Prezident İlham Əliyev bəyan edib ki, bizim ailəmiz türk dünyasıdır. Elə isə gəlin bizə tamamilə yad, özü də zərərli fikirlər, mədəni dəyərlər aşılayan ölkənin telekanallarının evimizə soxulmasına son qoyaq və onları ailəmizin, yəni türk dünyasının kanalları ilə əvəz edək. Örnək üçün, Türk Dövlətləri Təşkilatına üzv olan Türküstan – Orta Asiya türk dövlətlərinin, həmçinin Kuzey Kıbrıs Türk Cümhuriyyətinin hər birindən bir yaxud iki xəbər, bir əyləncə, bir uşaq kanalını bu paketlərə əlavə etmək mümkündür. Lap elə Macarıstanın da ingilis dilində yayım edən kanalını əlavə etmək olar. Hesab edirik ki, bu, həm türk dünyasındakı bağlarımızı daha da gücləndirər, həm də qardaş ölkələrin xalqlarının bir-birinin dilini öyrənməsinə vəsilə olar”.

Chosen
6
ikisahil.az

1Sources