PAŞA Sığorta “Vətən əmanətlərin keşiyindədir” layihəsi çərçivəsində Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi və suverenliyinin bərpası uğrunda şəhid olan qəhrəmanlarımızın 18 yaşadək olan övladlarını sağlamlıq sığortası ilə təmin edir.
QHT.az xəbər verir ki, genişləndirilmiş sığorta paketində aşağıdakılar nəzərdə tutulur.
* ambulator xidmət;
* təcili yardım;
* stasionar xidmət;
* pediatriya;
* nevrologiya;
* oftalmologiya;
* LOR;
* stomatologiya
- istiqamətləri ilə yanaşı, xroniki xəstəliklərin müayinəsi və müalicəsi
Şəhid ailələri sağlamlıq sığortasından istifadə etmək üçün *7000 nömrəsinə zəng edə bilərlər.