EN

Antiterror əməliyyatlarında iştirak edən ÇİNLİ

10 il əvvəl Bakıya köçən və Azərbaycan vətəndaşlığını qəbul edən Lin Aydın Qarabağda hərbi xidmət keçib.

Modern.az xəbər verir ki, bu barədə “Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin sədri, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Bəhruz Məmmədzadə məlumat paylaşıb.

QHT rəhbəri onun Kəlbəcərdə xidmət etdiyini, 2023-cü ildə keçirilən antiterror tədbirləri zamanı isə Qubadlıda olduğunu bildirib.

Məlumata görə, Lin Aydının qardaşı da hazırda Azərbaycan ordusunun sıralarında xidmət edir və hazırda Qarabağ bölgəsindəki N saylı hərbi hissədə həqiqi hərbi xidmət keçir.

Azərbaycana köçərək ölkəmizin vətəndaşlığını qəbul edən qardaşların valideynləri Çində yaşayırlar.

Chosen
8
4
modern.az

5Sources