İsveçrə məhkəməsi 58 yaşlı kişini, ev pişiyinə qarşı kobud davrandığına və onu çəkib internetdə paylaşdığına görə altı ay şərti həbs cəzasına məhkum edib. Həmçinin məhkəmə müttəhimi 2000 İsveçrə frankı (təxminən 2129 avro) məbləğində cərimələyib.
Marja.az “Bild” nəşrinə istinadən xəbər verir ki, hakim heyvanların hüquqlarını vurğulayaraq “Pişiklərin də ləyaqəti (qürur, şərəf - red) və cinsi öz müqəddəratını təyin etmək hüququ var” deyib.
Polis zorakılığın görüntülərini internetdə paylaşdıqdan sonra müqəssirin kimliyini müəyyənləşdirib. Axtarışlar zamanı kişinin üzərində başqa heyvanlara qarşı zorakılıq görüntülərinin də olduğu müəyyən edilib.
Təqsirləndirilən şəxs məhkəmədə göz yaşları içində pişiyindən üzr istəyib: “Bağışlayın, axmaqlıq etmişəm”.