EN

Trampdan Kanadaya növbəti mesaj

Müdafiəyə çox az pul xərcləyirlər. Onlar tamamilə müdafiəsizdir, çünki bizim onları qoruyacağımızı güman edirlər.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.

O bildirib ki, ABŞ Kanadaya ildə təxminən 200 milyard dollar subsidiya verir:

“Bunu dayandırsaq, rüsum tətbiq etməklə onların maşın istehsal etməsinə mane olsaq, Kanada yaşanmaz ölkə olacaq. Kanada xalqını sevirəm, əla münasibətimiz var və onların edə biləcəyi ən möhtəşəm şey 51-ci ştat olmaqdır. Təsəvvür edin ki, bu ölkə illər əvvəl kiminsə çəkdiyi o süni xətt (sərhəd) olmadan necə gözəl ola bilərdi”.

Chosen
9
1
axar.az

2Sources