EN

“AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı nəticə çıxarmağa tələsmək lazım deyil” - Rusiyanın Qazaxıstandakı səfiri

“AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı ilkin məlumat dərc olunandan sonra tələsik nəticə çıxarmağa ehtiyac yoxdur”. 

Missiya.Az “TASS”a istinadən xəbər verir ki, bunu Rusiyanın Qazaxıstandakı səfiri Aleksey Borodavkin deyib.

"Mən sizi tələsik nəticə çıxarmağa tələsməməyə və yekun nəticələri gözləməyə çağırıram", - deyə diplomat vurğulayıb.

Borodavkin qeyd edib ki, bununla bağlı Azərbaycan, Braziliya, Qazaxıstan və Rusiyadan olan ekspertlər araşdırma aparır.

Xatırladaq ki, fevralın 5-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı ilkin hesabat dərc edilib.

 

Daşqın HəsənovMissiya.Az

Chosen
25
missiya.az

1Sources