EN

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanıldı

Samuxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb.
 
Moderator.az-ın məlumatına görə, Samux Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları yol hərəkəti qaydalarını pozduğu üçün "Mercedes-Benz" markalı avtomobilin sürücüsünə "saxla" işarəsi verib.
 
Sürücü E.Həsənov tibbi müayinədən keçirilən zaman onun narkotik vasitədən istifadə etdiyi məlum olub.
 
Onun barəsində toplanmış materiallar qərar verilməsi üçün məhkəməyə göndərilib.
Chosen
39
8
moderator.az

10Sources