Bloger Xatirə Yüzbəyova mədə əməliyyatı olunmasının bir ilini qeyd edib.
Medicina.az xəbər verir ki, bu barədə o instaqram hesabında paylaşım edib.
Kəsdirdiyi mədəsinin tortunu hazırlatdıran bloger yazıb:
"Dünən 8 Fevral mənim həyatımın dönüş nöqtəsi, yenidən dünyaya gəldiyim gündür. Bilirsiniz, heç bir nəticə mənim həyatımda asan başa gəlməyib. Hər uğurumun, hər nailiyyətimin altında həmişə əziyyət olub. Bu əməliyyatı seçdiyim üçün heç vaxt peşiman olmadım. Həmişə kaş daha tez etsəydim dedim. Bahalı mədəmin 1 yaşı oldu"
Aygün
Medicina.az