EN

Azərbaycanda təsdiq edilmiş neft ehtiyatları 7 milyard barel qiymətləndirilir

Azərbaycanda təsdiq edilmiş neft ehtiyatları 2025-ci il yanvarın 1-nə 7 milyard barel, qaz ehtiyatları isə 60 trilyon kubfut təşkil edir.

Bu barədə ABŞ Energetika Nazirliyindən məlumat verilib.

Qurumdan bildirilib ki, Azərbaycanda kondensat nəzərə alınmadan neft hasilatının pik səviyyəsi 2009-2010-cu illərdə gündəlik təxminən 1 milyon barel həcmində qeydə alınıb.

"Proqnozlarımıza görə, ölkədə ümumi maye karbohidrogen hasilatı 2024-2026-cı illər ərzində orta hesabla gündəlik 600 min bareldən bir qədər çox olacaq", - məlumatda qeyd edilib.

ABŞ Energetika Nazirliyindən qeyd edilib ki, “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar bloku Azərbaycanda maye karbohidrogenlərin hasilatının əsas mənbəyidir. Baxmayaraq ki, burada hasilat 2010-cu ildə gündəlik 823,1 min barel səviyyəsində pik həddə çatıb:

"Bu yataqlar blokundan çıxarılan neft və “Şahdəniz” qaz yatağından əldə edilən kondensat Azərbaycanın hasil etdiyi və ixrac etdiyi əsas maye karbohidrogenlərdir".

Chosen
33
15
aznews.az

10Sources