EN

"Turan Tovuz" hakim idarəçiliyinə ciddi etiraz etdi - VİDEO

Misli Premyer Liqasının XXII turunun “Sabah” - “Turan Tovuz” matçı mübahisəli hakim qərarları ilə yadda qalıb.

Fanat.Az xəbər verir ki, 1:2 hesabı ilə uduzan Tovuz təmsilçisi görüşün idarəçiliyindən ciddi narazılığını bildirib.

Bölgə klubu matçdan sonra sosial şəbəkə hesabında paylaşım edərək İnqilab Məmmədovun idarəçiliyindən şikayətlənib: “Mövsüm ərzində artıq neçənci dəfədir hakim səhvləri ilə xal və ya xallardan məhrum oluruq. AFFA Hakimlər Komitəsinin sədri cənab Frank De Blekerin "Sabah" - "Turan Tovuz" oyununda hakimliklə bağlı fikirlərini səbrsizliklə gözləyirik. Hər zaman qeyd etdiyimiz kimi, təmiz futbol, ədalətli qərarlar tələb edirik!”
 

Chosen
16
fanat.az

1Sources