Avropada qazın birja qiymətləri 2023-cü il fevralın 8-dən bəri ilk dəfə olaraq min kubmetr üçün 620 dolları ötüb.
RİA Novosti-nin yazdığına görə, bu barədə London ICE birjasının məlumatında deyilir.
Moskva vaxtı ilə saat 11:03-ə olan məlumata görə, mart fyuçersləri hər min kubmetr üçün 620,7 dollara qədər artım göstərib.
Fevralın 7-də Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin eksperti və Milli Enerji Təhlükəsizliyi Fondunun aparıcı analitiki İqor Yuşkov RT-yə müsahibəsində Avropada qazın qiymətinin 2023-cü ilin oktyabr ayı səviyyəsinə qədər artmasının səbəbini izah edib.