EN

"Diplomatlarımız böyük təzyiq altındadır" - Zaxarova

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Rossiya 24” telekanalına verdiyi şərhdə rus diplomatların böyük təzyiqlərə məruz qaldığına diqqət çəkib.

TASS onun sözlərini sitat gətirib:

"Bu, heç bir güc qalmadığı kimi görünən səmimi, əsl vətənpərvərlikdir, – diplomatlarımızın hansı təzyiq altında olduğunu təsəvvür belə edə bilməzsiniz – amma yenə də daxili resurslar tapılır”.

O, əlavə edib ki, bir çox işçi təhdidlərə və hətta şiddətli repressiyalara məruz qalıb.

Mənbə: unikal.az

Chosen
8
1
unikal.az

2Sources