EN

Klub prezidenti stadionun monitorunu qopardı - Video

Ajans.az xəbər verir ki, buna səbəb matçın baş hakimi Oğuzhan Çakırın onların qapısına 12-ci dəqiqədə penalti təyin etməsidir. 

M.Sancak referinin qərarına etiraz olaraq monitoru yerindən qoparıb. Yanındakılar isə onu sakitləşdirməyə çalışıb. 

Qeyd edək ki, “Qalatasaray” – “Adana Demirspor” matçı 30-cu dəqiqədə yarımçıq dayandırılıb. Klubun prezidenti Murat Sancak hakim qərarlarına etiraz olaraq komandasından meydanı tərk etmələrini tələb edib. 

“Adana Demirspor” meydanı tərk edərkən isə hesab 1:0 “Qalatasaray”ın xeyrinə olub. 

Chosen
68
5
Ajans.az

6Sources