Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) yanvar ayı üçün dünya klublarının reytinq cədvəlini açıqlayıb.
Sportal.az xəbər verir ki, 504 klubun yer aldığı siyahıda Azərbaycan Premyer Liqasının dörd klubu yer alıb: “Qarabağ”, “Zirə”, “Sabah” və “Turan-Tovuz”.
Yenilənmiş reytinqə əsasən, Ağdam təmsilçisi 166,25 xalla 81-ci yerdən 87-ci yerə enib. “Midtyülland” (167) “Qarabağ”ı qabaqlayıb, “Brest” isə (hər biri 166) təmsilçimizdən geri qalır.
“Zirə” 208-ci pillədəki (103,25) yerini qoruyub. Onları “Makkabi Hayfa” qabaqlayır (103,5), aşağı pillədə isə İspaniyanın “Rayo Valyekano” (hər biri 103) klubu qərarlaşıb. “Sabah” birdən-birə 14 pillə geriləyib və hazırda 414-cüdür (61). Bu yeri eyni anda beş klubla bölüşür: “Port”( Tayland), “Jaraaf”(Seneqal), “Flora”( Estoniya), “İberiya”(Gürcüstan) və “Sepsi”.
“Turan-Tovuz” da 494-cü yerdən 499-cu yerə kimi (53,75) geriləyib. Tovuz təmsilçisi bu mövqeyi daha beş klubla bölüşür: “Əl-Qarafa”(Qətər), “Enyimba”(Nigeriya), “Çukariçki”(Serbiya), “Farul”(Rumıniya) və “Lex”(Polşa).
Ayın ən yaxşı klubu "Real”dır(Madrid) (481). İkinci pillədə isə “Bayer"(Leverkuzen) (410), üçüncü pillədə “Atalanta” (389) qərarlaşıb.
saytlarin hazirlanmasi