EN

“Shazeli Group” MMC barəsində tətbiq edilən protokol araşdırılır

Hazırda məhkəmədə barəsində protokol tətbiq edilmiş MMC ilə bağlı müraciətə baxılır.  

“Shazeli Group” MMC barəsində tətbiq edilən protokol araşdırılır. 

Operativ Media-nın əldə etdiyi məlumata görə, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 544.2-ci (İstehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanuni yazılı tələblərini yerinə yetirməməyə görə) maddəsinə əsasən cərimə protokolu tərtib edilib.

Daha sonra protokol baxılması üçün Xəzər Rayon Məhkəməsinə göndərilib.

Hazırda məhkəmədə barəsində protokol tətbiq edilmiş MMC ilə bağlı müraciətə baxılır.  

Xatırladaq ki, istehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında tələblərin yerinə yetirilməməsinə görə 4 000 manatdan 5 000  manatadək məbləğdə cərimə edilir.

Chosen
17
operativmedia.az

1Sources