EN

Aclıq aksiyası keçirən Hamid Qaraoğlani Urmiyə həbsxanasının klinikasına aparılıb

Bir neçə həftə əvvəl Urmiyənin mərkəzi həbsxanasında aclıq aksiyasına başlayan siyasi fəal Hamid Qaraoğlaninin səhhətinin pisləşdiyi bildirilir.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyinin xəbərinə görə, “Qaraoğlani qan şəkərinin düşməsi səbəbindən həbsxananın klinikasına aparılıb.”

HRA-nın saytında bildirilib ki, “aclıq Qaraoğlaninin qan şəkərinin düşməsi və fiziki zəifliyinə səbəb olub. Həbsxana məmurları cümə günü onu həbsxananın klinikasına aparıb və ailəsinə telefon zəngi edərək Qaraoğlaninin haraya köçürüldüyünü bildirmədən, onlardan ertəsi günü həbsxanaya müraciət etmələrini tələb ediblər. Məsullar hələ də onun tələblərini etinasızlıqla qarşılayırlar.”

HRA agentliyinin daha əvvəl yaydığı məlumata əsasən, 13 illik həbsə məhkum olmuş siyasi fəal Hamid Qaraoğlani həbs cəzasının 4 il 7 aylıq müddətini çəkdikdən sonra şərti əfv üçün müraciət edib. O, müraciətinin məhkəmə qurumu tərəfindən rədd edilməsinə etiraz olaraq aclığa başlayıb.

Hamid Qaraoğlani 2020-ci ilin iyun ayında İranın Kəşfiyyat Nazirliyinin qüvvələri tərəfindən nəzarət altına alınıb və nazirliyin iddiaları əsasında silahlı Xalqın Mücahidləri (MEK) qruplaşmasına üzv olmaqda ittiham edilib.

Prokurorluq siyasi fəala qarşı “müharibə ” ittihami irəli sürüb və onun haqqında edam cəzası istəyib. Ancaq o, məhkəmə tərəfindən 13 il həbsə məhkum edilib.

visiontv.az



Chosen
13
visiontv.az

1Sources