KRUİZDƏ ŞOK HADİSƏ
Kruiz gəmisində mədə-bağırsaq xəstəliyi epidemiyası 90-dan çox sərnişin və ekipaj üzvünün həyatına son qoyub.
“Royal Caribbean International” şirkətinə aid olan kruiz gəmisi, 1 fevralda Florida ştatının Tampa şəhərindən yola çıxaraq 1 həftəlik kruiz turuna başlayıb. Bir neçə müddət sonra sərnişin və ekipaj üzvləri, qusma və ishal ilə müşayiət olunan mədə-bağırsaq xəstəliyinə yoluxub. Bu barədə Amerikanın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) mətbuat açıqlamasında bildirilib. Xəstəliyin səbəbi hələ müəyyən edilməyib.
Məlumata görə, gəmidə 2 164 sərnişin və 910 ekipaj üzvü olub. Xəstəlik nəticəsində isə, 89 sərnişin və 2 ekipaj üzvü özünü pis hiss edib. Bütün xəstələr təcrid edilib, ekipaj üzvləri isə mədə-bağırsaq xəstəliyi olan sərnişinlərdən analiz nümunələri toplayıb və testlər aparıb.
Sərnişinlərin həyatına son verən xəstəliyin adı açıqlanmır. “Alınan nümunələr araşdırılır”, deyə Amerikanın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzindən bildirilib.