EN

Məşhur müğənninin oğlu münsifləri heyran etdi – VİDEO

“İctimai TV” – də bu gün yayıma başlayan “Səs Azərbaycan”ın ən güclü səsi hesab edilən Teymur Hənifəyev Naughty  Boyun “La la la” mahnısını ifa edib.

O, jurilərdən xalq artisti Röya Ayxanı seçib. Sevinci yerə – göyə sığmayan Röya Ayxan Teymura birgə duet ifa etmək təklifi edib. Münsiflər Teymur Hənifəyev üstündə əməlli söz savaşına çıxıb, mübarizə aparsalar belə iştirakçı fikrində qəti olduğunu açıqlayıb və bundan sonra pop kraliça ilə davam edəcəyini açıqlayıb.

Qeyd edək ki, o, müğənni İlqar Xəyalın oğludur.

Chosen
27
6
moderator.az

7Sources