EN

MAQNİT QASIRĞASI BU GÜNDÜR

KİMLƏR DAHA EHTİYATLI OLMALIDIR?
Bu gün maqnit qasırğası gözlənilir.
Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu və Günəş-Yer Fizikası İnstitutu astronomiya laboratoriyasında fevralın 10-da qırmızı G1 səviyyəsində maqnit qasırğasının olacağını proqnozlaşdırıb. Xüsusilə səhər və günün birinci yarısında daha şiddətli olacaq. Saat 15:00-dan sonra nisbətən səngiyəcək. Lakin alimlər bildirir ki, yer kürəsi bütün həftə ərzində artan günəş aktivliyinin təsiri altında qalacaq.
Meteohəassas, yəni hava dəyişikliyini fiziki duyan şəxslər narahatlıq hiss edə bilər. Yaşı 50-dən yuxarı, xüsusən də qan damarlarında problem olanlar da daha ehtiyatlı davranmalı və açıq havada çox dayanmamalıdır, deyə mütəxəssislər bildirir.
Yerin geomaqnit pozuntuları rabitə vasitələrinin, naviqasiya cihazlarının və elektronik cihazların da işinə təsir göstərə bilər, deyə alimlər xəbərdarlıq edir.

Chosen
15
medicalmedia.az

1Sources