EN

PKK və PYD-nin 10 min terrorçusu Suriyanı tərk edəcək

ABŞ və Suriyadakı kürd qrupların nümayəndələri PKK və PYD terror qruplaşmasının 10 min nümayəndəsinin sonradan İraqa köçürülməsi ilə ölkədən çıxarılması barədə razılığa gəliblər...

 

Poliqon bu barədə Türkiyə nəşrinə istinadən xəbər verir.

"ABŞ-la onların dəstəklədiyi PKK/PYD arasında keçirilən görüşdə terror təşkilatının 10 min nümayəndəsinin Suriyanı tərk etməsi ilə bağlı razılıq əldə olunub", deyə nəşr yazır.

PKK/PYD nümayəndələrinin İraqa keçərək ağır silahları özləri ilə apara biləcəkləri bildirilir. Həmçinin qeyd edilir ki, bu məlumat ABŞ Müdafiə Nazirliyinin Suriyadan qoşunlarını çıxarmaq planları hazırlaması fonunda ortaya çıxıb.

Qeyd edək ki, Türkiyə terrorizmin bütün formaları - həm İŞİD, həm də PKK ilə mübarizədə Suriyaya lazımi dəstəyi verməyə hazır olduğunu dəfələrlə bəyan edib.

Poliqon.info

Chosen
13
1
poliqon.info

2Sources