EN

Rəşad Rəsullu: "Bakıdakı "Böyük Dəbilqə"yə yüksək səviyyədə hazırlaşırıq"

"Turnirə hazırlığımız yüksək səviyyədə keçir. Cüdosevərləri Bakıda çox maraqlı yarış gözləyir".

İdman.biz AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu yeni əməkdaşlıq müqaviləsinin imzalanma mərasimi zamanı Bakıda keçiriləcək "Böyük Dəbilqə" turniri ilə bağlı danışarkən deyib.

Milli komandanın ötən həftə Parisdə təlim-məşq toplanışında iştirak etdiyini xatırladan mütəxəssis yarışın rəqabətli keçəcəyini bildirib: "Bəzi komandalar artıq ötən həftədən Bakıdadır və turnirə hazırlaşırlar. Yaponiya yığmasının üzvləri isə bu gün ölkəmizə çatıblar. Çox yaxşı yarış izləyəcəyik".

O, turnirin nüfuzlu yarışlara yoxlanış xarakteri daşıdığını söyləyib: "Böyük Dəbilqə" idmançıların formasını dəyərləndirmək, Avropa və dünya çempionatlarina, eləcə də ilin sonunda təşkil olunacaq İslam Həmrəylik Oyunlarına hazırlıq məqsədi daşıyır".

Qeyd edək ki, fevralın 14-16-da Milli Gimnastika Arenasında keçiriləcək “Böyük Dəbilqə”də 39 ölkədən ümumilikdə 281 cüdoçu mübarizə aparacaq.

İdman.biz

Chosen
11
1
idman.biz

2Sources