Fevralın 10-na keçən gecə Rusiya ordusu Ukrayna ərazisinə 83 “Şahed”və digər növ pilotsuz təyyarələrlə hücum edib.
XəzərNews.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri Telegram-da məlumat yayıb.
Pilotsuz təyyarələr Rusiyanın Bryansk, Kursk, Oryol şəhərlərindən, Smolensk, Rostov və Krasnodar vilayətindən uçuşlar həyata keçirib.
Ukrayna Silahlı Qüvvələrinin aviasiya, zenit-raket qüvvələri, elektron döyüş bölmələri və mobil atəş qrupları 61 PUA-nı məhv edib, daha 22-si kursdan çıxarılıb (yeri itirilib).
Ukrayna hava hücumundan müdafiə vasitələri Kiyev, Xarkov, Poltava, Sumı, Çerniqov, Kirovoqrad, Xmelnitski, Dnepropetrovsk, Zaporojya, Nikolaev və Xerson vilayətlərində fəaliyyət göstərib.
Kirovoqrad, Poltava, Sumı və Xarkov şəhərlərinə ziyan dəyib.
Xəbər 4 dəfə oxunub.