Amerikanın “İnter Mayami” futbol klubu Almaniyanın “Adidas” idman brendindən 2025 və 2026-cı illər üçün yeni ev formasını təqdim edib.
News24.az xəbər verir ki, klub yeni formalarında simvolik çalar dəyişiklikləri edib.
2025-ci ildə İnter Mayami MLS, yeni FIFA Klublararası Dünya Kuboku, KONKAKAF Çempionlar Liqası və Liqa Kubokunda mübarizə aparacaq.
2026-cı ildə isə klub Miami Freedom Park adlı yeni stadiona köçməyi gözləyir.
Qeyd edək ki, Messi klubun yeni geyimlərini model kimi nümayiş etdirir.
Ağa Dadaşzadə