ABŞ prezidenti Donald Tramp misirli həmkarı Əbdülfəttah əl – Sisi və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səudla görüşməyi planlaşdırır . Busaat.az xəbər verir ki, bu barədə bazar günü ABŞ prezidenti bəyan edib . “ Yeri gəlmişkən , mən onlarla ilk dəfə görüşmürəm ” , – deyə Tramp Luiziana səfəri zamanı təyyarədə müxbirə bildirib .
Tramp Misir prezidenti və Səudiyyənin vəliəhd şahzadəsi ilə konkret hansı mövzuları müzakirə etmək niyyətində olduğunu açıqlamayıb . Eyni zamanda , ABŞ prezidenti fələstinlilərin Qəzza zolağından öz ərazilərinə köçürülməsinin zəruriliyinə ərəb ölkələrinin liderlərini inandıra biləcəyinə əminliyini ifadə edib . ” Niyə onları qəbul etməyə cəsarət etmirlər ? Çünki mənimlə danışmayıblar ” , – deyə Tramp ərəb ölkələrinin liderləri haqqında danışarkən vurğulayıb . ” Mənimlə danışanda qəbul olunacaqlar ” , – o əlavə edib .
ABŞ prezidenti bazar günü həmçinin bildirib ki, fələstinlilərin İsraillə münaqişə bitdikdən sonra Qəzzaya qayıtması düzgün olmaz və anklavın “Yaxın Şərqdəki varlı ölkələrin köməyi ilə yenidən qurulacağını” deyib.