EN

10-cu sinif şagirdi ölkəmizi Dubayda təmsil edəcək -

Kürdəmir rayon S.Dəmirov adına Karrar kənd tam orta məktəbinin 10-cu sinif şagirdi AişəMəmmədova “Future Intelligence Student Olympiad” (FISO) Beynəlxalq Olimpiadasında 3-cü yeri tutub. Metbuat.az-a verilən məlumata görə, bu nəticə ilə o, Azərbaycanı BƏƏ-nin Dubay şəhərində təmsil edəcək. A.Məmmədova həmçinin KİNGS Beynəlxalq Olimpiadada həm riyaziyyat üzrə həm də ingilis dili üzrə yüksək naliyyət qazanıb, Avropa tərəfindən rəsmi diplom və ingilis dili üzrə 1-ci səviyyəli diplomla təltif edilib. O, Respublika Fənn Olimpiadalarında da iştirak edərək Azərbaycan dili, ədəbiyyat və informatika fənni üzrə növbəti mərhələyə uğurla keçid hüququ əldə edib. Kürdəmir məktəb şagirdinin müxtəlif Riyaziyyat olimpiadalarından qızıl medalları və kubokları var. Şagirdimizə uğurlar diləyirik.

Sevinc İbrahimzadə / Metbuat.az

Chosen
16
1
metbuat.az

2Sources