EN

“Qarabağ” və “Turan Tovuz” gerilədi, “Zirə” yerində saydı

Azərbaycanın “Qarabağ”, “Zirə”, “Sabah” və “Turan Tovuz” klublarının dünya reytinqindəki mövqeləri müəyyənləşib.

Arena.az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) bu gün klubların yeni dünya reytinqini açıqlayıb.

İFFHS-in cədvəlində planetin 504 ən yaxşı komandası yer alıb. Siyahıda Azərbaycanı 4 klub təmsil edib. “Qarabağ” 166,25 xalla dünyada 87-cidir. Ağdam klubu ötən ayla müqayisədə 6 pillə geriləyib.

103,25 xalla 208-ci olan “Zirə” mövqeyini qoruyub. 14 pillə geriləyən “Sabah” 61 xalla 414-cüdür. “Turan Tovuz” 53,75 xalla 5 pillə geriləyərək 499-cu olub.

Azərbaycan komandalarının Avropadakı mövqeləri də bəlli olub. Cədvəldə yer alan planetin 504 ən yaxşı klubundan 287-si Avropanı təmsil edir. Onlardan da 4-ü Azərbaycan komandasıdır. Avropa klubları arasında 60-cı olan “Qarabağ” 166,25 xala malikdir. 103,25 xalı olan “Zirə” 123-cüdür. “Sabah” 61 xalla 236-cı, “Turan Tovuz” 53,75 xalla 284-cü sıradadır.

Dünya reytinqinə 481 xalı olan Madrid “Real”ı rəhbərlik edir. Almaniya çempionu “Bayer” 410 xalla ikincidir. İlk üçlüyü İtaliyanın “Atalanta” klubu qapayır – 389 xal.

Reytinq siyahısının ilk 20 pilləsində qərarlaşmış komandaların siyahısını təqdim edirik:

  1. “Real” (Madrid, İspaniya) – 481 xal
  2. “Bayer” (Almaniya) – 410
  3. “Atalanta” (İtaliya) – 389
  4. “Liverpul” (İngiltərə) – 365
  5. “Mançester Siti” (İngiltərə) – 356
  6. “Arsenal” (İngiltərə) – 349
  7. “Barselona” (İspaniya) – 345
  8. “Botafoqo” (Braziliya) – 339
  9. “İnter” (Milan, İtaliya) – 339
  10. “Atletiko” (Madrid, İspaniya) – 317
  11. “Bayern” (Almaniya) – 310
  12. “Flamenqo” (Braziliya) – 308
  13. “Borussiya” (Dortmund, Almaniya) – 303
  14. PSJ (Fransa) – 298
  15. “Atletiko Mineyro” (Braziliya) – 288
  16. “Brügge” (Belçika) – 280
  17. “Aston Villa” (İngiltərə) – 278
  18. “Atletik” (Bilbao, İspaniya) – 277
  19. “Roma” (İtaliya) – 273
  20. “Milan” (İtaliya) – 272
Chosen
12
arena.az

1Sources