EN

Baydenin qrantlarla bağlı tələbləri dəhşətlidir - Mask

ABŞ Hökumətinin Səmərəliliyinin Artırılması İdarəsinin rəhbəri İlon Mask keçmiş prezident Co Baydenin müxtəliflik, bərabərlik və daxilolma (DEI) siyasətlərinə uyğunlaşmalı olan qurumlara qrantları təsdiq etməsini "dəhşətli" adlandırıb.

“İki sahil” xəbər verir ki,  o, sosial şəbəkə istifadəçisinin "X"də  Fox News kanalında Bayden administrasiyasının DEI siyasətinin tələblərinə uyğun gələn məktəb və qurumlara qrantlar verməsi haqqında məqalə ilə dərc olunmasını belə şərh edib.

“Xüsusilə dəhşətli olan odur ki, son dörd il ərzində elan edilmiş hər bir təhsil və tədqiqat qrantı bir növ DEI siyasətini tələb edir” – deyə,  Mask sosial media hesabında yazıb.

Bundan əvvəl İlon Mask Kaliforniya ştatının müəllimlərini məktəblilərə kommunist ideyalarını aşılamağı dayandırmağa və onlara gələcək həyatlarında faydalı olacaq bacarıqların öyrədilməsinə diqqət yetirməyə çağırmışdı.

Chosen
5
ikisahil.az

1Sources