EN

Tramp və Putin Ukraynadakı müharibəni müzakirə etdilər

ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı apardığını bildirib.

Onun sözlərini “New York Post” (NYP) sitat gətirib.

Donald Tramp keçmiş ABŞ prezidenti Co Baydendən fərqli olaraq “Putinlə həmişə yaxşı münasibətdə olduğunu” deyib.

Ağ Ev rəhbərinin sözlərinə görə, Putin Ukraynadakı münaqişədə “insanların ölməsini dayandırmaq istəyir”. Tramp həmçinin bildirib ki, onun Ukrayna müharibəsini bitirmək üçün konkret planı var.

“Ümid edirəm ki, bu, tez olacaq”, Tramp deyib.

“Ukraynada dəhşətli müharibə var. Mən bu lənətə gəlmiş işi bitirmək istəyirəm”, o yekunlaşdırıb.

Chosen
6
1
buta.media

2Sources