EN

Belqradda qızıl medal qazanan Azərbaycan boksçusu: “Rəqib yerli idmançı olduğuna görə final döyüşü gərgin keçdi”

Rəqib yerli idmançı olduğuna görə final döyüşü gərgin keçdi.

Bunu “Report”a açıqlamasında Azərbaycan boksçusu Anaxanım İsmayılova (48 kq) Serbiyanın paytaxtı Belqradda keçirilən beynəlxalq turnirdə qızıl medal qazanması ilə bağlı danışarkən deyib.

O, Bakıya qayıtdıqdan sonra hədəfin qarşıdakı yarışlara hazırlaşmaq olacağını söyləyib:

“Finalda serbiyalı idmançı ilə qarşılaşdım. Rəqib yerli olduğuna görə döyüş gərgin keçdi. Buna baxmayaraq, qalib gəldim. Bakıya qayıtdıqdan sonra hədəf qarşıdakı yarışlara hazırlaşmaq olacaq”.

Qeyd edək ki, Azərbaycan millisi Serbiyanın paytaxtı Belqradda keçirilən beynəlxalq turniri 6 medalla başa vurub. Anaxanım İsmayılova (48 kq) qızıl, Aynur Rzayeva (+81 kq) gümüş, Marjona Savriyeva (50 kq), Zeynəb Rəhimova (54 kq), Aynur Mikayılova (57 kq) və Emili Rzayeva (70 kq) isə bürünc medal qazanıblar.

Chosen
7
2
far.az

3Sources