EN

Almaniyada helikopter qəza törətdi, ölənlər var

Almaniyanın Mərkəzi Frankoniya bölgəsində helikopter qəzaya uğrayıb.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində 2 nəfər ölüb.

Helikopterin haradan qalxdığı və hansı marşrutu izlədiyi hələ müəyyən edilməyib. 

Bildirilib ki, Federal Təyyarə Qəzalarının Təhqiqat Agentliyinin (BFU) eksperti və kriminal polis qrupunun iki eksperti hadisə yerinə baxış keçirib. 

Qəza ilə bağlı araşdırmalar davam edir.
 
Oksana
Chosen
68
4
azxeber.com

9Sources