"Qalatasaray" "Lens" forması geyinən sağ cinah müdafiəçisi Pşemslav Frankovskini heyətinə qatdı.

Offsideplus.az türk idman jurnalisti Yağız Sabuncuoğluna istinadən xəbər verir ki, "Cim-Bom" polşalı müdafiəçini məcburi satınalma bəndi ilə icarəyə götürüb.

Fransız klubu bu transferdən 1 milyon avro icarə haqqı, satınalma bəndi ilə isə 7 milyon avro olmaqla ümumilikdə 8 milyon avro qazanacaq. Yeni transferin bu gün Bakı vaxtilə saat 21:30-da İstanbulda olması gözlənilir.

Hüseyn Rəşadoğlu