EN

Cəmiyyətimizdə psixoloqlar nə üçün birmənalı qarşılanmır? - Psixoloqdan CAVAB

"Psixoloqların zaman-zaman tənqid hədəfinə çevrilməsi psixologiyanın bəzi insanlar tərəfindən hələ də tam olaraq qəbul edilmədiyi və doğru anlaşılmadığını göstərir". 

Bu sözləri psixoloq Ülviyyə İlqar Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, xüsusilə bizim cəmiyyətdə emosional və psixoloji problemlərin danışılmasının tabu mövzu olması psixoloqların gördüyü işi qeyri-ciddi hesab etməyə səbəb ola bilir:

"Digər bir problem isə psixologiya sahəsində təcrübəsiz və qeyri-peşəkar şəxslərin fəaliyyət göstərməsidir. Yəni bir neçə ay təlim keçib özünü psixoloq kimi təqdim edən şəxslər insanlara düzgün olmayan məsləhətlər verir və nəticədə psixoloji xidmətlərə inam azalır. Bu da öz növbəsində peşəkar psixoloqlara qarşı haqsız tənqidləri artırır".

367393

Psixoloqun sözlərinə görə, sosial şəbəkələrdə yayılan psixoloji məzmunlar da bu problemin bir hissəsidir:

"İnsanlar bəzən qeyri-etik və elmi əsası olmayan paylaşımları görüb psixologiyanı yanlış anlayırlar. Bu da peşəkar psixoloqların gördüyü işin dəyərinin sorğulanmasına səbəb olur. Üstəlik, psixologiya sahəsində kifayət qədər təhsil almamış bəzi "Instagram motivatorları" və "peşəkarlar" bütün psixoloqlar haqqında mənfi rəy formalaşdıra bilirlər".

Ülviyyə İlqar qeyd edib ki, insanlar bəzən bu məlumatları doğru hesab edir və nəticədə psixoloqları sorğulamağa başlayırlar:

"Halbuki, bu sahədə yüksək etik standartlara əməl edən, insanlara fayda vermək üçün özlərini təkmilləşdirən çox sayda peşəkar mütəxəssis var. 

Ümumiyyətlə, psixoloqların işi ruh sağlamlığı ilə bağlıdır. Bu isə hər bir fərdin rifahı üçün vacibdir. Bu səbəbdən cəmiyyət olaraq psixoloqlara daha anlayışlı və dəstəkləyici yanaşma sərgiləmək lazımdır".

Pərviz

Chosen
7
hit.az

1Sources