EN

Levandovski Messidən sonra bunu bacaran ilk futbolçu oldu

İspaniya La Liqasının 23-cü turunda “Sevilya” ilə oyunda “Barselona”ya qələbə gətirən (4:1) qollardan birinin müəllifi olan Robert Levandovski uğura imza atıb.

Publika.az xəbər verir ki, bu, poşalı forvardın cari mövsümdə 19-cu qolu olub. Leva bununla Lionel Messidən sonra La Liqa mövsümünün ilk 22 oyununda 19 qol vuran ilk oyunçu olub. Bu, sonuncu dəfə 2019/20 mövsümündə baş verib.

Qeyd edək ki, 48 xalı olan "Barselona" lider "Real"dan iki xal geri qalmaqla üçüncü pillədə qərarlaşıb.

Chosen
11
publika.az

1Sources