EN

Usman Dembele - Liqa 1-də yanvar ayının ən yaxşı oyunçusu!

Fransa çempionu PSJ-nin hücumameyilli yarımmüdafiəçisi Usman Dembele Liqa 1-də yanvar ayının ən yaxşı oyunçusu adına layiq görülüb.

Arena.az xəbər verir ki, 27 yaşlı fransalı futbolçu yanvarda Paris komandasının Liqa 1 çərçivəsində keçirdiyi 3 oyunda iştirak edib və 6 qol vurub.

Fransa yığmasının da üzvü olan futbolçu karyerası ərzində ikinci dəfə Liqa 1-də ayın ən yaxşı oyunçusu seçilir. O, 2016-cı ildə “Renn”də olarkən mart ayının ən yaxşısı elan edilmişdi.

Cari mövsümdə əvvəlki ayların qalibləri isə bu oyunçular olublar:

Sentyabr 2024 – Bredli Barkola (PSJ)
Oktyabr 2024 – Zuriko Davitaşvili (“Sent Etyen”)
Noyabr 2024 – Conatan David (“Lill”)
Dekabr 2024 – Meyson Qrinvud (“Olimpik”, Marsel)

Xatırladaq ki, Usman Dembele PSJ-yə 2023-cü ilin yay transfer pəncərəsində 50,4 milyon avro məbləğ müqabilində “Barselona”dan keçib. Fransalı cinah hücumçusunun Paris klubu ilə müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Dembele PSJ-nin heyətində bütün yarışlarda 27 oyuna çıxıb, 21 qol vurub, 6 məhsuldar ötürmə verib.

Dembelenin Fransa nəhəngi üçün xidməti ümumilikdə 69 oyun, 27 qol və 18 məhsuldar ötürmədən ibarətdir.

Dembele PSJ-dən öncə “Barselona”, “Borussiya” (Dortmund) və “Renn”in uğurları üçün çalışıb.

Usman Dembele 2016-cı ilin sentyabr ayında debüt etdiyi Fransa yığmasının heyətində 53 oyun keçirib, 6 qol vurub, 4 məhsuldar ötürmə verib. Usman “xoruzlar”la Rusiyada keçirilmiş DÇ-2018-in qalibi olub.

“Transfermarkt” internet-portalı 27 yaşlı fransalı sağ cinah hücumçusunun transfer dəyərini 55 milyon avro məbləğində qiymətləndirir.

Chosen
44
1
arena.az

2Sources