EN

Kolumbiyada prezident bütün nazirlərin istefasını tələb edir

Kolumbiya prezidenti Qustavo Petro bütün kabinet nazirlərinin və yüksək vəzifəli bürokratların istefasını tələb edib.
 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, Kolumbiya prezidenti Qustavo Petro sosial media hesabından verdiyi açıqlamada təkcə kabinetdəki nazirlərin deyil, yüksək səviyyəli bürokratların da istefasını tələb edib.

“Mən nazirlərin və inzibati idarələrin rəhbərlərinin rəsmi istefalarını tələb etmişəm. Xalqın sifariş etdiyi proqrama daha yaxşı uyğunlaşmaq üçün kabinetdə bəzi dəyişikliklər olacaq. Mən bütün diqqətimi proqramın həyata keçirilməsinə yönəldəcəm”.

Chosen
25
2
manset.az

3Sources