EN

"1 xaldan daha artığına layiq idik" - Antonio Konte

İtaliya A Seriyasının 24-cü turunda öz meydanında "Udineze" ilə heç-heçə edən (1:1) "Napoli"nin baş məşqçisi Antonio Konte oyun barədə fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, onun sözlərini "Football Italia" belə çatdırıb:

"Önəmli anlarda qol vəziyyətlərindən faydalana bilmədik. Daha sonra rəqibin hesabı bərabərləşdirməsinə mane ola bilmədik... "Udineze" heyətində bir neçə yüksək səviyyəli futbolçu cəmləşən güclü komandadır.

Üzgünəm, çünki 1 xaldan daha artığına layiq idik. Matçın ikinci yarısında temp aşağı oldu. Amma birinci hissədə çox sayda qol imkanı qaçırdıq. Əlbəttə, fürsətləri boşa verirsənsə, problem yaranması məntiqəuyğundur".

Nihat 

Chosen
18
fanat.az

1Sources