"Azər-Türk Bank"ın ümumi gəlirləri 2024-cü ildə 146 465 000 manata yüksəlib. Bu, əvvəlki ilin göstəricisi olan 92 562 000 manatla müqayisədə 53 903 000 manatlıq və ya 58,2% artım deməkdir. Gəlirlərin yüksəlməsində əsas pay kredit faizləri, valyuta əməliyyatları və depozit gəlirlərinə məxsusdur.
"Azər Türk Bank"ın xalis mənfəəti - 52% ARTIB - HESABAT
Kredit faizlərindən əldə edilən gəlir son bir ildə əhəmiyyətli dərəcədə artaraq 42 721 000 manatdan 71 314 000 manata çatıb. Bu da illik müqayisədə 66,9%-lik bir yüksəliş deməkdir. Ümumi gəlirlərdə kredit faizlərinin payı 46%-dən 48%-ə qədər artıb.
Komissiya haqları üzrə gəlirlərdə isə azalma müşahidə olunub. 2023-cü ildə 1 353 000 manat olan bu göstərici 2024-cü ildə 1 213 000 manata düşüb. 140 000 manatlıq (10,3%) azalma qeydə alınıb. Bununla belə, ümumi gəlirlərdə komissiya haqlarının payı əvvəlki illə eyni 1% səviyyəsində qalıb.
Valyuta əməliyyatlarından daxil olan gəlirlər 12 501 000 manatdan 15 967 000 manata yüksəlib. 27,7%-lik artımla bu kateqoriya bankın gəlirlərinə bir il əvvəllə müqayisədə əlavə 3 466 000 manat qazandırıb. Bununla yanaşı, ümumi gəlirlərdə valyuta əməliyyatlarının xüsusi çəkisi 13%-dən 11%-ə enib.
Qiymətli kağızlardan faiz gəlirləri də yüksəlib. 2023-cü ildə 5 105 000 manat olan bu göstərici 2024-cü ildə 7 866 000 manata çatıb. Artım 2 761 000 manat və ya 54,1% təşkil edib. Bununla belə, ümumi gəlirlərdə bu kateqoriyanın payı 6%-dən 5%-ə düşüb.
Digər banklarda yerləşdirilmiş depozitlərdən əldə olunan gəlirlərdə isə əhəmiyyətli sıçrayış baş verib. 2023-cü ildə bu göstərici 13 672 000 manat idisə, 2024-cü ildə 26 489 000 manata qədər yüksəlib. Yəni depozit gəlirlərində 2 dəfəyə yaxın daha dəqiq desək 12 817 000 manatlıq (93,7%) artım qeydə alınıb. 2024-cü ildə sözügedən gəlir maddəsi ümumi gəlirlərin 18%-lik hissəsini əhatə edib, 2023-cü ildə isə müvafiq olaraq 15%.
Digər banklara verilən kreditlərdən əldə olunan gəlir də əvvəlki ilə nisbətən iki dəfəyə yaxın artaraq 376 000 manatdan 715 000 manata çatıb. Artım 339 000 manat və ya 90,2% təşkil edib. Ümumi gəlirlərdə bu gəlir maddəsinin payı 1% olaraq qalıb.
Digər faiz gəlirləri də müəyyən qədər yüksəlib. 2023-cü ilin sonunda 642 000 manat olan bu kateqoriyadan olan gəlirlərin həcmi 2024-cü ildə 837 000 manata qədər artıb. Bu, 30,4%-lik yüksəliş deməkdir. Ümumi gəlirlərdə bu kateqoriyanın da payı 1% olaraq qalıb.
Digər qeyri-faiz gəlirlərində də müsbət dinamika müşahidə olunub. 2023-cü ilə nisbətdə 2024-cü ilin sonu 16 192 000 manatdan 22 064 000 manata yüksələn digər qeyri-faiz gəlirləri 5 872 000 manatlıq (36,3%) artım göstərib. Lakin ümumi gəlirlərdə qeyri-faiz gəlirlərinin payı 17%-dən 15%-ə enib.
Ümumilikdə, "Azər-Türk Bank" ötən il ərzində gəlirlərini əhəmiyyətli dərəcədə artırıb. Gəlirlərin məbləği və onun ümumi gəlirlərdəki payı aşağıdakı kimidir:
Min manat | ||
Gəlir mənbələri | Məbləğlər | Ümumi gəlir də payı |
Kredit portfeli üzrə faiz gəliri | 71 314 | 48% |
Komissiya haqları | 1 213 | 1% |
Valyuta əməliyyatlarından gəlirlər | 15 967 | 11% |
QK-a investisiyadan gəlir | 7 866 | 5% |
Digər banklara depozitlərdən gəlirlər | 26 489 | 18% |
Digər banklara kreditlərdən gəlirlər | 715 | 1% |
Digər faiz gəlirləri | 837 | 1% |
Digər qeyri-faiz gəlirləri | 22 064 | 15% |
|
| |
CƏMİ GƏLİRLƏR | 146 465 | 100% |