EN

İranda uçuşlarda qadağa

İranda yüngül mühərrikli təyyarələr və Pilotsuz Uçuş Aparatlarının (PUA) uçuşuna qadağa tətbiq olunub.Missiya.Az xəbər verir ki, bu barədə İranın Mülki Aviasiya Təşkilatı məlumat yayıb.

Bildirilib ki, İranda İslam İnqilabının qələbəsinin ildönümü günü ilə əlaqədar istənilən təlim və əyləncə məqsədli yüngül mühərrikli təyyarələr və PUA-ların ölkənin müxtəlif bölgələri, xüsusilə də Tehran şəhərində uçuşu qadağandır. Qadağanı pozanlar məsuliyyətə cəlb olunacaq.

Qeyd edək ki, İranda bu gün İslam İnqilabının qələbəsinin 46-cı illiyi qeyd edilir və bununla əlaqədar müxtəlif tədbirlər təşkil olunur.

Zərintac MayisqızıMissiya.Az

Chosen
13
2
missiya.az

4Sources